Xəbər lenti

Yerin necə yarandığını öyrənəcək teleskop iki gün sonra kosmosa yola düşür
Dünya15:00 23.12.2021

Yerin necə yarandığını öyrənəcək teleskop iki gün sonra kosmosa yola düşür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 24-nə planlaşdırılan Ceyms Uebb (James Webb) kosmik teleskopunun buraxılışı Fransa Kuru kosmodromunun yaxınlığında əlverişsiz hava şəraiti səbəbindən bir gün təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu haqda NASA-nın yaydığı məlumatda deyilir.
"Fransanın Kuru kosmodromu yaxınlığında əlverişsiz hava şəraiti ilə əlaqədar göyərtəsində teleskopu olan "Ariane” raket daşıyıcısının dekabrın 24-nə planlaşdırılan 256-cı missiyası təxirə salınıb”, - komandanlığın saytında yerləşdirilən məlumatda deyilir.
Yeni buraxılış tarixi dekabrın 25-dir. Plana görə, raket Bakı vaxtı ilə saat 16:20-də buraxılmalıdır.
NASA onu da qeyd edib ki, "Ariane-5” daşıyıcı raketi və onun korpusu altında yerləşdirilən "kosmik rəsədxana” stabil və təhlükəsiz vəziyyətdədir.
Bu transfer son bir ayda missiyanın üçüncü cəhdi olacaq.
Ceyms Uebb "Hubble” Kosmik Teleskopunu əvəz edəcək orbital infraqırmızı rəsədxanadır. Orbitə çıxdıqdan sonra o, dünyanın ən böyük kosmik teleskopu olacaq.
Əvvəlcə Yeni Nəsil Kosmik Teleskopu adlansa da, 2002-ci ildə "Apollon” proqramının həyata keçirilməsi zamanı NASA-nın ikinci rəhbəri, 1961-1968-ci illərdə NASA-ya rəhbərlik etmiş Ceyms Uebbin (1906-1992) şərəfinə belə adlandırılıb.
Ceyms Uebb "Hubble” Kosmik Teleskopunun kəşfiyyatını davam etdirmək və tamamlamaq məqsədilə yaranıb. O, sələfindən daha çox dalğa uzunluğu əhatəsinə və 100 dəfə daha həssaslığa malikdir.
Teleskop 6,5 metr diametrli, toplayıcı səth sahəsi 25 m olan kompozit güzgüyə malikdir və cihaz günəş sisteminin sələflərindən daha yaxşı öyrənilməsi üçün bir sıra spektroqraflar, koronoqraflar və kameralarla da təchiz edilib.
Plana görə, kosmik rəsədxana Fransanın Kuru kosmodromundan Avropanın özəl "Arianespace” şirkəti tərəfindən hazırlanmış "Ariane-5” daşıyıcı aparatında buraxılmalıdır.
Tərtibatçıların fikrincə, raket qurğunu orbitə çıxarmalıdır, bundan sonra Ceyms Uebb öz təyinatına - Günəş-Yer sisteminin ikinci Laqranc nöqtəsinə qədər müstəqil olaraq dörd həftəlik səyahətini davam etdirəcək.
Nəzərdə tutulan orbitə çatdıqdan sonra Ceyms Uebb elm adamlarının son illərdə kəşf etdiyi minlərlə ekzoplanetlərdə kainatın əmələ gəlməsinin səbəblərini və potensial həyatın əlamətlərini tapmaq üçün kosmik tədqiqatlara başlayacaq. Missiyaya NASA, həmçinin ESA və Kanada Kosmik Agentliyi (CSA) daxildir.
Layihənin təxmini dəyəri 9,8 milyard dollardır.
Hubble 24 aprel 1990-cı ildə buraxılıb. Fəaliyyət göstərdiyi 31 il ərzində teleskop Kainatın 1,5 milyondan çox tədqiqini aparıb, onların əsasında 18 mindən çox elmi məqalə hazırlanıb.
Alpər