
Dağıstanın Xasavyurt rayonunda silahlı şəxslər yol polisi əməkdaşını qətlə yetirib.
APA-nın məlumatına görə, Dağıstan DİN-dən “RİA Novosti”yə verilən xəbərə görə, cinayətkarlar polis əməkdaşını yaşadığı evinin qarşısında qətlə yetirib.
Məlumata görə, cinayətkarların müəyyən olunub saxlanılması məqsədi ilə əməliyyat həyata keçirilir.