Çexiyanın Çexoviçe-Dzedziçe şəhərində yol kənarı ilə gedən iki rəfiqədən biri digərini hərəkətdə olan avtobusun altına itələyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı qız ölümdən son anda xilas olub. Bunu görən digər rəfiqə qorxu dolu anlar yaşayıb.
Hadisə anbaan kameralara düşüb. Məsələ ilə bağlı cinayət işi açılıb. O, bunu zarafat üçün etdiyini desə də, cəza ala biləcəyi açıqlanıb.