Xəbər lenti

"Yoldaş Saaxov" dünyasını dəyişdi
Dünya12:35 09.03.2019

"Yoldaş Saaxov" dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SSRİ və Rusiyanın xalq artisti Vladimir Etuş 97 yaşında Moskvada vəfat edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Etuş karyerası ərzində teatrda 30-dan çox obrazı canlandırıb və 40-dan artıq filmə çəkilib. O, 1965-ci ildə çəkilən "Tələ" filmindəki rolundan sonra müvəffəqiyyət əldə edib. 
Azərbaycan tamaşaçısı Etuşu daha çox "Qafqaz əsiri və ya Şurikin macəraları", "On iki stul" və "İvan Vasilyeviç peşəsini dəyişir" komediyalarında canlandırdığı obrazlarla tanıyır.
O, Moskvanın ən yüksək teatr mükafatı hesab edilən "Kristal Turandot"ın sahibi olub, Rusiya Federasiyasının Dövlət mükafatı və bir çox orden və medallarla təltif edilib.