Xəbər lenti

Yolların buz bağlaması bazarların işinə necə təsir edib?
Ekonomiks09:27 25.02.2025

Yolların buz bağlaması bazarların işinə necə təsir edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gündür davam edən qarlı, şaxtalı hava bazarlara da təsirsiz ötüşməyib. Satan çox, alan isə əvvəlki həftələrlə müqayisədə azdır.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların bəziləri şaxtalı, çovğunlu havanın qiymətlərə az da olsa, təsir etdiyini bildirirlər. Kimisi məhsulu Bakı kəndlərindən, kimisi isə bölgələrdən gətirdiyini deyir.
Bazara, əsasən, bölgələrdən gətirilən ağartı məhsullarının qiyməti dəyişməyib. Onların sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar hazırda alıcı qıtlığı yaşandığından məhsulları elə piştaxtada qalıb.
"8-ci kilometr" bazarında Şəmkir və Gədəbəy kartofunun kiloqramı 1 manata satılır. Digər bölgələrdən gətirilən eyni məhsul 80-90 qəpikdən təklif olunur. Ağdam soğanının 1 kiloqramı 80 qəpik - 1 manat, badımcan 1 manat 70 qəpik, düyünün 1 kiloqramının qiyməti 2-5 manat arasında dəyişir. Kənd toyuğunun qiyməti 7-8 manatdır. Ətin qiyməti isə dəyişməyib.
Satıcılar havalar isinəndən sonra bazarlarda əvvəlki aktivliyin müşahidə olunacağını bildirirlər.
Ətraflı süjetdə: