Xəbər lenti

Yoluxma qeydə alınan məktəblərlə bağlı veriləcək qərar açıqlandı
Ölkə13:41 27.08.2020

Yoluxma qeydə alınan məktəblərlə bağlı veriləcək qərar açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər hər hansı bir məktəbdə yoluxma halı baş verərsə hansı qərar veriləcək? Yoluxma ilə bağlı məktəblərin bağlanma və açılması daha çox lokal xarakterli olacaq".  
Qaynarinfo xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 
O bildirib ki, məktəblər açılandan sonra kütləvi yoluxma olacaqsa bu halda həmin təhsil müəssisələrinin məhdudlaşdırılması da qismən olacaq:
"Məsələn, Bakının Xəzər rayonunda bir məktəbdə kütləvi yoluxma halları olarsa, Qaradağ rayonunda məktəbi bağlamaq məntiqli deyil. Bağlanmalar, açılmalar və məhdudiyyətlərlə bağlı qərarlar daha çox xarakterli olacaq”.