Ölkə 16:39 20.01.2023

Yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 169 nəfər müalicə olunaraq sağalıb, hazırda 378 aktiv xəstə var. Bu günə qədər 10 067 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 050, bu günə qədər isə ümumilikdə 7 468 434 test icra olunub.

Gün ərzində 474 nəfər vaksinasiya olunub. Birinci doza vaksinlərin sayı 215, ikinci doza vaksinlərin sayı 98 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 131-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 30 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 939 457 olub.