Xəbər lenti

YouTube Rusiya telekanalını bağladı
Dünya13:34 18.03.2014

YouTube Rusiya telekanalını bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

YouTube “Russia Today” telekanalını bağlayıb. 

Minval.az-ın məlumatına görə, bu barədə kanalın redaktoru Marqarita Simonyan sosial şəbəkədə yazıb. 

Hazırda telekanalın səhifəsində heç bir materialı izləmək mümkün deyil. 

YouTube-un istinadına keçdikdə isə belə bir açıqlamanı oxumaq olar: “Bu akkaunt YouTube qaydalarının çoxsaylı və ciddi pozuntuları (yalan və şübhə yayılması, videoların yolverilməz məzmunu) və ya istifadə şərtlərinə aid bəndələrin pozuntusu səbəbindən qapadılıb”.

Qaynar.info