ABŞ prezidenti Donald Trampın hesabını ən azı bir həftə və bəlkə də daha uzun müddətə dondurmağa qərar verib.
Qaynarinfo xəbər verir ki, bunu YouTube video xidmətinin sözçüsü CNN-ə bildirib.
Onun sözlərinə görə, Trampın öz kanalında yerləşdirdiyi son video çarxı "şiddətə təhrik" səbəbindən portaldan silinib.
Hesabın dondurulması qərarı bir həftəyə qaytarılacaq.
Xatırladaq ki, bundan əvvəl Twitter və Facebook mövcud dövlət başçısının zorakılığa təhrik etməkdə günahlandıraraq hesablarının müddətsiz dondurulduğunu elan edib. Digər, az tanınan sosial şəbəkələr də eyni addımı atıb. Çərşənbə axşamı Tramp bunu söz azadlığına misilsiz hücum adlandırıb.
Alpər