
1945-ci ildə itən "USS Indianapolis" hərbi gəmisi Sakit Okeanın şimalında tapılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, II Dünya Müharibəsində Xiroşimaya atom bombası atılması prosesində iştirak edən gəmi Yaponiyaya aid sualtı gəmi tərəfindən vurulmuşdu.
1197 nəfər heyətlə yola çıxan gəmidə sadəcə 317 nəfər sağ qalıb. Heyətin 300 nəfəri gəmi ilə birlikdə batıb, yüzlərlə insan isə köpək balıqları tərəfindən parçalanıb. Sağ qalan insanlardan 32-si hələ də həyatdadır.
Gəminin qəzaya uğradığı Filippin sularında tapıldığı deyilir.
Gülşən
Qaynarinfo.Az




