
Bu gün Meksika paytaxtının yaxınlığında maye qazla dolu yük maşınının partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hadisə baş vermiş Mexiko ştatının administrasiyasının açıqlamasında bildirilir ki, faciə nəticəsində 36 insan müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə yerinin yaxınlığında olan yaşayış evlərinə ciddi ziyan dəyib. Yanğın artıq söndürülüb.