Xəbər lenti

Yük maşınında ölü tapılan 39 nəfərin milliyəti müəyyənləşdi (FOTOLAR)
Dünya11:20 24.10.2019

Yük maşınında ölü tapılan 39 nəfərin milliyəti müəyyənləşdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin Esseks bölgəsində ötən gün yük maşınında aşkarlanan 39 meyitin Çin vətəndaşlarına aid olduğu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Bolqarıstandan gələn qanunsuz miqrantların -25 dərəcədə donaraq həyatlarını itirdikləri məlum olub. Ölənlərdən biri azyaşlıdır. 
Yük maşınının sürücüsü 25 yaşlı Mo Robinson hadisədən sonra həbs edilib. Təxminlərə görə, sürücü maşını limanda təhvil alıb, cəsədləri aşkarlayandan sonra təcili yardıma zəng edib.
Həyatını itirənlərin şəxsiyyətləri müəyyənləşməyib.
Gülşən