Xəbər lenti

Yük maşınları elektriklə km yol gedəcək (FOTO)
Dünya10:35 27.08.2017

Yük maşınları elektriklə km yol gedəcək (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Tesla"nın həyəcanla gözlənilən yeni elektrikli yük maşınının detalları konkretləşməyə başlayıb. Elektrikli yük maşını bir dəfə batareya doldurulması ilə 400-500 kilometr yol gedə bilir. 

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, ötən günlərdə "Model 3" ilə bütün diqqətləri üzərinə çəkən "Tesla" bu dəfə də yük maşını istehsalı ilə gündəmə gəlib. 

"Tesla" şirkətinin icraçı direktoru Elon Mask bildirib ki, maşının təqdimatı sentyabr ayında olacaq.

Qeyd edək ki, artıq ABŞ və Avstraliya kimi "Tesla"nın əsas hədəfi olan ölkələrin hər birində yanacaq doldurma məntəqələrində elektrikli maşınlar üçün enerji bərpaetmə aparatları da qoyulub.  

Nərmin Həsənli

Qaynarinfo.Az