Rusiya mediası yenidən komediyaçı-putinist Yevgeni Petrosyanın vəziyyətini aktiv şəkildə müzakirə edir. Onun səsinin itməsi və xırıltılı olması barədə məlumat var idi. Bu yaxınlarda o, xəstəxanaya gedib, lakin guya təyin edilmiş testlər əsasında bunun ciddi bir şey olmadığını deyib.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər
verir.
Bəzi təbliğat mənbələri bildirir ki, 77 yaşlı yumoristin ürəyində ciddi problemlər yaranıb və təzyiqin artması səbəbindən başı gicəllənib, yıxılıb və kəllə-beyin travması alıb.
Bu səbəbdən başqa problemlər də inkişaf etməyə başlayıb. Artıq xəstəxanada olan Petrosyan səsini itirib.
Yumoristin özü və ya nümayəndələri sənətçinin durumu ilə bağlı açıqlama verməyib.
Unian qeyd edir ki, Petrosyanın Ukraynadakı müharibəyə dəstək verib. O, tez-tez öz çıxışlarında Ukraynanın dinc şəhərlərinə raket buraxılışı əmri verən Putini müdafiə edir.
Üstəlik, Petrosyan bildirib ki, gənc olsaydı, özü də cəbhəyə gedərdi.
"Mən "xüsusi əməliyyat” haqqında biləndə dərhal televiziya rəhbərliyinə zəng etdim və dedim ki, cəbhəçi briqadalar olsa, yazılmağa və gedib, çıxış etməyə, döyüşçülərimizin ruhunu dirçəltməyə hazıram”, - 2022-ci ildə Petrosyan mətbuata bildirib.
Alpər