Xəbər lenti

Yunanıstan ən gözəl adasını satdı
Dünya05:42 10.04.2013

Yunanıstan ən gözəl adasını satdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yunanıstan ən gözəl adalarından daha birini satıb. 

Qaynar.info-nun TRT-yə istinadən verdiyi məlumata görə, ölkədəki Onassis xanədanının yeganə varisi olan Atina Onasis 1963-cü ildə aldığı Skorpios adasını satıb. Adanı bir rus milyarderin aldığı bildirilib.

Bir vaxtlar dünyanın ən varlı qız uşağı olan Atina Onasisin satışa çıxardığı adanın bir çox müştərisi olub. Bunların arasında türk iş adamlarının da olduğu bildirilirdi. Ancaq adanı almaq adı açıqlanmayan rus milyarderə qismət olub.

Adanın satışı Cenevrə və Afinadakı iki böyük hüquq bürosu tərəfindən həyata keçirilib. Adanın hansı qiymətə və kimə satıldığına dair məlumatlar gizli saxlanılıb.

Qaynar.info