Yunanıstana aid Evia adasında Rusiyanın neft tankeri saxlanılıb.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə yunan sahil mühafizəsi açıqlama
verib.
Bildirilir ki, neft tankeri Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya çərçivəsində saxlanılıb.
Bu ayın əvvəlində Avropa Birliyi Rusiya bayraqlı gəmilərin AB daxil 27 ölkənin limanlarına girməsinə qadağa qoyub.
19 ekipaj üzvü olan 115 min tonluq yüklü tanker Evia adasının cənubunda saxlanılıb.
Amerika Dövlət Departamentinin sözcüsü Rusiyaya tətbiq edilən sanksiyaların həyata keçirilməsini alqışlayıb.
O, Rusiya tankerinin İran xam nefti ilə yüklü olduğunu bildirib.
Nurlan Hüseynov