Xəbər lenti

Yunanıstanda koalisiya hökuməti dağılır
Dünya11:08 13.01.2019

Yunanıstanda koalisiya hökuməti dağılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstanın Müstəqil Yunanlar Partiyası (ANEL) hökuməti tərk edir.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri və ANEL-in rəhbəri Panos Kammenos açıqlama verib. Kammenos baş nazir Aleksis Tsipras ilə təkbətək görüşdən sonra jurnalistlərə açıqlama verib. Təxminən 4 ildir hökumətdə yer alan Müstəqil Yunanlar Makedoniyanın adının dəyişdirilməsi məsələsinə görə koalisiyada yer ala bilməyəcəklərini bildirib.
Qeyd edək ki, ötən günlərdə Makedoniyanın adı dəyişdirilib və Şimali Makedoniya Respublikası adlanıb. Bu barədə daha əvvəl Yunanıstanda razılıq əldə edilmişdi. Yunanıstanda da bu adda bölgə olduğu üçün iki ölkə arasında narazılıqlar yaşanırdı.
Gülşən