Xəbər lenti

Yunis Hüseynov: “Bu Qazaxıstanı udmalıydıq”
İdman 16:57 06.06.2022

Yunis Hüseynov: “Bu Qazaxıstanı udmalıydıq”

Yığmanın Qazaxıstana məğlubiyyəti azarkeşləri üzməklə yanaşı, həm də hiddətləndirdi. Təbii ki, belə çıxışdan sonra Millətlər Liqasında bu mövsümlə bağlı ümidlər də azaldı. Bəs tanınmış məşqçilərimizdən olan Yunis Hüseynov nə düşünür?

Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

"Qazaxıstanla oyun üçün proqnoz verəndə demişdim ki, komandamız heç-heçə ilə dönə bilər. Birinci hissəsin sonlarına yaxın çox yaxşı oynadıq. Qol imkanlarımız oldu. Futbolda "vurmayana vurarlar” prinsipi var. Həmin imkanların heç birindən istifadə edə bilmədilər. Ümumilikdə komanda ikinci hissədə yaxşı oynamadı. Ona görə də Qazaxıstan təşəbüsü ələ aldı və qoldan sonra irəli atıldılar. Nəticədə 0:2 hesabı ilə məğlub olduq. Çox səhvlərə yol verdik. Əlbəttə, Qazaxıstana uduzmaq heç kimin xoşuna gəlməz. Eşitdiyimə görə Qazaxıstanın bir neçə futbolçusu oynamırdı. Bununla belə onların oyunu xoşuma gəlmədi. Baxmayaraq ki, bizi 0:2 hesabı ilə məğlub etdilər. Bizimkilər topla davranışlarda qat-qat yaxşı idi. Bu Qazaxıstanı udmalıydıq. Onların əsas oyunçuları oynayanda hansı nəticəni göstərəcəklər bilmirəm”.

Hüseynov Millətlər Liqasındakı şanslardan da danışdı: 

"İkinci yer uğrunda mübarizə aparmaq mümkün idi. Komandamızın üçüncü yeri tutacağına inanıb özümə təskinlik verirəm. Nəinki ikinci, hamımız birinci yeri tutmaq istəyirik. Amma bu reallığa uyğun deyil”.

Müəxəssis Belarusla oyun haqda bunları söylədi:

"Belarus haqda o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, Qazaxıstandan heç də geri qalmırlar. Komandamıza uğurlar arzu edirəm. Çətinlik çəkəcəyik. Mənə elə gəlir ki, xal götürəcəyik. Bilirsiniz ki, məğlubiyyətdən sonra futbolçularda aqressivlik yüksəlir. Çünki hamı onların üstünə düşür ki, niyə uduzdunuz. Fikrimcə, futbolçular hirslərini meydançada yaxşı tərəfdən göstərib yaxşı nəticə qazana bilər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->