Xəbər lenti

Yuri Şatunovun ölümündə kim günahkardır? - Razin açıqladı
Dünya13:23 05.07.2022

Yuri Şatunovun ölümündə kim günahkardır? - Razin açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Laskovıy May”ın solisti Yuri Şatunovun ölümündən bir müddət əvvəl onunla məhkəmə çəkişməsində uduzan prodüser Andrey Razin müğənninin bir çox pərəstişkarlarının onu Şatunovu ölümünə səbəb olması ilə bağlı ittihamlarına cavab verib. Şoumen sənətçinin ölümünə səbəb olan şəxsin kimliyi ilə bağlı ehtimalını dilə gətirib.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
Razin sosial şəbəkədə yazıb ki, Şatunovun ölümünün səbəbi məhkəmədə tam qələbəyə olan yanlış ümiddir. O, təqsirkarın "Şatunovu ruhlandıran və onun bəzi hüquqlarının olduğu barədə yanlış məlumat verən” hakim olması barədə fikir bildirib.
O, məhkəmənin bu qərarının "böyük və çətin tur cədvəli fonunda emosional partlayışa" səbəb olduğunu irəli sürüb. Prodüser bildirib ki, məhkəmənin qərarından etiraz etmək və Ali İxtisas Məhkəməsinə şikayət göndərmək niyyətindədir.
Müğənni Yuri Şatunov iyunun 22-dən 23-nə keçən gecə 48 yaşında vəfat edib. O, "Ağ qızılgüllər", "Boz gecə" və başqa hitləri ilə tanınıb. Müğənnini son səfrərə yola salmağa başqa şəhər və ölkələrdən 16 mindən çox insan gəlib.
Bundan əvvəl Rosbalt yazmışdı ki, Şatunov "Laskovıy may” mahnısına haqqını geri qaytardıqdan bir həftə sonra infarkt keçirib.
Alpər