Xəbər lenti

Yuri Qaqarinin ölümü ilə bağlı ŞOK İDDİA
Dünya06:40 12.06.2013

Yuri Qaqarinin ölümü ilə bağlı ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarinin ölümü ilə bağlı şok iddialar üzə çıxıb. 

Qaynar.info-nun məlumatına görə, Qaqarinin dostu kosmonavt Aleksey Leonov Qaqarinin təyyarəsinin başqa bir qırıcı təyyarə tərəfindən qəzaya uğradıldığını iddia edib. 

Moskvada jurnalistlərə açıqlama verən Leonov "Qaqarinin ölümü ilə həqiqəti söyləmək üçün 20 il mübarizə apardım. Qəza ilə bağlı rəsmi açıqlamada deyilir ki, guya Qaqarinin təyyarəsi ani manevr edib və yerə düşüb. Bu, tamamilə yalandır" deyib. 

Açıqlanan gizli sənədlərə istinad edən Leonov qəza ilə bağlı daha dəhşətli hadisənin üstünü açıb: "Əslində, isə hər şey fərqlidir. Qaqarin və Seryoqinin mindiyi təyyarə havada olarkən həmin hava sahəsində başqa bir Su-15 tipli qırıcı təyyarə görünməyə başlayıb. Pilot da 450 metr hündürlüyə qalxaraq Qaqarinin təyyarəsinin 10-15 metrliyinə yaxınlaşıb. Bu da Qaqarinin təyyarəsinin yerə düşməsinə səbəb olub. Bunları mən bilirəm və hamısını şahidlər deyib. Bu anlatdıqlarım iddia deyil, Qaqarinin ölümünün əsl səbəbidir. Bu dediklərini qəzanı araşdıran komissiyanın açıqladığı gizli sənədlər təsdiq edir. Burada gizli heç nə yoxdur". 

Qaqarinin ölümünə səbəb olan pilotun kimliyi ilə bağlı suala Leonov belə cavab verib: "Yalnız bir şərtlə mənə bu sirri açıqlamağa icazə verdilər. Həmin pilotun adını söyləməyəcəm. Onun 80 yaşı var və səhhəti də ağırdır. Mən onun adını çəkməmək üçün söz verdim". 

Qaynar.info