Xəbər lenti

Yusif Eyvazov tələbə yoldaşıyla görüşdən qaçır? - “Açığı gözləyirdim ki…”
Sənət 13:48 02.09.2024

Yusif Eyvazov tələbə yoldaşıyla görüşdən qaçır? - “Açığı gözləyirdim ki…”

"Opera və Balet Teatrının direktoru Yusif Eyvazov teatra təyin olunanda çox sevindim. Açığı gözləyirdim ki, məni teatra dəvət edəcək, bir yerdə işləyəcəyik".

Bunu Qaynarinfo-ya sabiq Opera və Balet Teatrının solisti Ülvi Qılınc deyib. Müğənni teatrın direktoru Yusif Eyvazov ilə görüşmək üçün təklif də göndərib:

"Mən onunla görüşmək istədim, amma qəbul etmədilər. Yəqin məsləhət bilməyiblər. Axırıncı dəfə Opera və Balet Teatrında 2011-ci ildə oxumuşam. Teatra təzə təyin olunan direktor məni dəvət etmədi. Güman edirəm, arada gəzənlər var, onlar qoymadı. Bizdə belə xarakter var, biz bir-birimizin ayağının altını qazmaq, bu sahədə istedadıq". 

Müğənni Opera və Balet Teatrının direktoru Yusif Eyvazovla bir yerdə oxuduğunu xatırladıb:

"Belə götürəndə biz onunla bir yerdə oxumuşuq. Tələbəlik illərində həmişə bir yerdə olardıq, zarafatlarımız da var idi. Yaşda məndən bir az böyükdür. Amma insanlar belədir, sonradan dəyişir".

Ülvi Qılnc bu cəmiyyətdə istedadlı insalara yer olmadığını vurğulayıb:

"İstedadlı insanlar istedadsızlar üçün təhlükədir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->