Xəbər lenti

Yusif Eyvazovun xanımının Praqadakı konserti siyasi səbəblərə görə ləğv edildi
Dünya 16:04 18.08.2023

Yusif Eyvazovun xanımının Praqadakı konserti siyasi səbəblərə görə ləğv edildi

Çexiyanın paytaxtı Praqada rus və avstriyalı opera müğənnisi Anna Netrebkonun konserti siyasi səbəblərə görə ləğv edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nachtigall Artists Management" konsert agentliyi məlumat yayıb.

"İctimai evin rəhbərliyi Anna Netrebkonun konsertini ləğv etmək üçün "Nachtigall Artists Management" agentliyi ilə razılaşıb", deyə agentlik bildirib.

Konsertin ləğvi Praqa siyasi dairələrində mənfi reaksiya və ölkədəki gərgin atmosferlə əlaqələndirilib. Eyni zamanda təşkilatçılar agentliyin qərarını bəyənməsələr də, bunu zəruri hesab ediblər. Tədbir üçün bütün biletlər satılıb və geri qaytarılacaq.

Praqa merinin müavini Jiri Pospisil öz mövqeyini Ukrayna səfirliyinin nümayəndələrinin tələbləri ilə izah edərək, təşkilatçıları Netrebkonun konsertini ləğv etməyə çağırıb.

Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun həyat yoldaşıdır.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->