BMT-nin baş katibi Pan Gi Mun Nobel Sülh mükafatının laureatları Malala Yusufzay və Kaylaş Satyartini təbrik edib.
AzNews.az xəbər verir ki, bu haqda informasiya BMT-nin saytında yer alıb.
“Hər iki lideri layiqli ad aldıqlarına görə təbrik edirəm. Bu gün dünya uşaqları qalib oldu. Yusufzay “BMT-nin qızıdır”. Onunla birgə ekstremizmə qarşı mübarizə aparacağıq. Kaylaş da ədalət, qlobal təhsil və milyonlarla uşaqların həyat şəraitinin yaxşılaşdırılması üçün mübarizə aparır”, - deyə Baş katib bildirib.
Laureatları həmçinin BMT-nin Ali Komissarının, YUNESKO və YUNİSEF-in rəhbərlərinin də təbrik etdiyi deyilir.