Filippinin şimalında müşahidə edilən Yutu qasırğası səbəbilə ölənlərin sayı 22 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, itkin düşənlərin sayı isə 10 nəfərdir. Axtarış-xilasetmə tədbirlərində polis, yanğınsöndürənlər, könüllülər olmaqla 100-dən çox insan iştirak edir. Qasırğa Çinə doğru hərəkət etməyə başlayıb.
Qeyd edək ki, Yutu 3 gün əvvəl İzabela şəhərinə çatmış, təbiət hadisəsi səbəbilə 10 mindən çox insan təxliyyə edilmişdi. Qasırğanın sürəti saatda 150 km, bəzən isə 210 km-ə yüksəlirdi.
Gülşən