Xəbər lenti

Yuxular oxunacaq
Dünya13:00 06.04.2013

Yuxular oxunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyalı alimlər bu yeniliyə imza atıblar

İnsanın yuxusu oxuna biləcək. Bu yeniliyə Yaponiya alimləri imza atıblar. ANS PRESS-in məlumatına görə, yuxuları beynin dalğalarının yazılması ilə oxumaq mümükün olacaq. Kyoto Nevroelm İnstitutunun əməkdaşı Yukiyasu Kamitani hazırladıqları xüsusi üsulla yuxuda görülən cisimlərin 60 faizini təxmin edəbiləcəklərini açıqlayıb. 

Araşdırma çərçivəsində, iştirakçılar MR cihazının içində yatıblar. Onların beyin dalğaları isə monitorda izlənilib. Onlara durandan sonra yuxuda nə gördükləri detalları ilə deyilib. Hər iştirakçıda bu təcrübə 200 dəfə təkrarlanıb. Ən çox yuxuda görülən şeylər isə nəqliyyat, bina, qadın, kişi kimi 20 kateqoriyaya bölünüb. 

Bu şəxslər oyandıqdan sonra onlara adıçəkilən kateqoriyadan şəkillər göstərilib. Bu zaman onların beyin dalğaları yazılıb. Bundan sonra yuxuda olarkən və şəklə baxarkən əldə edilən nəticələr müqayisə edilib. 

Araşdırmalar bitəndən sonra 60 faizlik üst-üstə düşən nəticələr əldə edilib. 

Qaynar.info