
Bir çoxumuz kar və zəif eşidən insanları şikəst hesab edirik. Lakin onlar başqa dildə danışan sadə insanlardır. Və həmin dildə yalnız danışmaq yox, həm də eskiz çəkmək, hekayələr yazmaq və hətta mahnı da oxumaq olar.
"Qaynarinfo" xarici KİV-ə istinadən sizə Anna Yefimova ilə olan reportajı təqdim edir.
Jestlərlə danışmaq və düşünmək
Anna Yefimova hərbi mühəndislik ixtisasını bitirib. Bir dəfə kafelərin birində iki gəncin bir-biri ilə jestlərlə danışığnə görənə qədər satıcı və katibə olaraq çalışıb. Gördüyü mənzərə Annanı o qədər heyran edib ki, növbəti gün o artıq jestlərlə danışmağı öyrənmək üçün özünə müəllim tapıb.
Kar insanlar bir-biri ilə müxtəlif cür ünsiyyət saxlayırlar. Bəziləri səsli danışır, bəziləri yox. Kimlər ki, nə görür, nə də eşidir, onlar barmaqlarla olan əlifba vasitəsilə ünsiyyət yaradırlar. Bu zaman onları kənardan müşahidə etsəniz, sizə elə gələcək ki, bir-birinin əlini sıxırlar.
Hər sözü jestlərlə əvəz edən Kalibrləmə dili mövcuddur. Hər ölkədə bu fərqlidir. Bizim üçün bu dil xarici dil kimidir. Məsələn ingilis, yapon dili necədirsə, bu dilin də öz srtukturu var.
Anna bu dili ingilis və yapon dilini necə öyrənirlərsə, o cür çətinliklə öyrənməyə başlayır: "Əvvəl dili öyrənə biləcəmmi, deyə, çox həyəcan keçirirdim. Başa düşdüm ki, alınmır. Qrupda 10 nəfər var idi və onlarda alınırdı. Lakin mən tez və yaxşı öyrənmək istəyirdim. Və bu cür alınmırdı. Bir gün dərsin ortasında bütün dərslikləri atdım və "Məndə alınmır!" deyə, qışqırıb dərsi yarımçıq qoydum. Sonra evə gəlib, təslim olmamaq üçün özümü motivasiya etdim. Anlayırdım ki, təslim olmaq olmaz"...
Yavaş-yavaş Anna dilin strukturunu anlamağa başlayır. Kar insanlarla tez-tez görüşür, onlarla birgə "Mafia" oyunları oyanayırdı. O ilk vaxtlar anlamaqdan çox yaxşı danışmağı bacarırdı. "İnsanlar jestlərlə fərqli danışırlar", deyə o bildirir: "Bu sizin individual yazı xəttinizə bənzəyir. Siz hər kəsin xəttini oxuya bilməzsiniz. Hələ o xətt çox əyridirsə... Kar insanlar sanki havada yazır, çəkir".
Hazırda Anna klinikada tərcüməçi olaraq çalışır və artıq jestlərlə düşünməyi də bacarır. Əgər siz "mən fincanı stolun üzərinə qoydum" desəniz, o sizin iki jestdən istifadə etdiyinizi görəcək. Anna jestlərlə danışanda, bütün bədəni ilə danışmağı xoşlayır. Dostları onu dinləyərkən "quş dilinə keçid etdi" deyib, gülürlər.
Bədən və əllərinlə kar insanlar üçün mahnı oxumaq
Dili daha yaxşı anlamaq üçün Anna mahnıları tərcümə etməyi qərar verir: "Cümlələri öyrənməklə jestlərlə danışmaq rahat olmur. Məsələn, mən evə gələnə kimi başıma gələnləri hekayə etmək istəyirəm. Lakin öyrəndiklərimlə yalnız bu cür ifadə edə bilirdim "Evə gəldim, stolu götürdüm və əyləşdim".
Musiqilərin hekayələri olduğunu deyən Anna onları jest dilinə çevirməyə başlayır. Müğənni Yolka Annanın "Youtube" kanalını görür və birgə işləmələrini təklif edir:
"Mən mahnının sözlərini semantik bloka daxil edirəm, onları da jest dilinə çevirirəm. Sonra musiqini qoşuram və tərcümə etdiyim jestlərlə ritmi tutmağa çalışıram. Bəzən 2-3 sözü 4-5 jestlə ifadə etmək lazımdır. Burda çox vacib məqamlardan biri odur ki, müğənni sözləri bitirəndə, sən də əllərinlə jesti kəsməlisən. Musiqini dinlədiyim zaman eyni anda onu həm eşitməli, həm də sözlərin rəsmini çəkməliyəm. Bir kadırı bəzən 15-20 dəfəyə çəkmək lazım olur. Çünki bəzən sən jestlərlə düşünmək yerinə, müğənnini dinləyirsən".
Bu yolla siz kar insanlara musiqinin sözləri ilə birlikdə musiqini də çatdırmış olursunuz. Tamamilə kar insan yoxdur. Onlar ritmi hər zaman hiss edirlər. Annanın cəld, incə, dəqiq, yumuşaq jestlərini izləməklə buna nail olmaq olar.
Lalə Niftalıyeva
Qaynarinfo.Az