Xəbər lenti

Zahid Oruc Nar-ı seçdi - FOTO
Siyasət09:33 10.09.2013

Zahid Oruc Nar-ı seçdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezidentliyə namizəd Zahid Orucun Seçki Qərargahı nar meyvəsini özünə simvol seçib.

“Qafqazinfo”ya açıqlama verən Zahid Oruc narı nə səbəbə simvol seçdiklərini açıqlayıb. Zahid Oruc qeyd edib ki, seçki mübarizəsi və siyasətdə simvolların özünəməxsus yeri var:

“Bizim də bu ideyalar mübarizəsində nar simvolunu seçmək təklif edildi. Narın özünəməxsus tarixi, fəlsəfi mənası var. Şərq mentallığında nar həyat, enerji mənasındadır. Nar həmçinin  öz quruluşuna görə içərisində dənəciklərin yerləşimi mənasında məsaməliliyi, sistemi , nizamı tanıyır. Bu da dünyanın özünə bir işarədir. Həmçinin Quranda xüsusi olaraq üç meyvədən biri kimi adı keçir. Biz də düşünürük ki, bütün müsbət keyfiyyətlərinə görə  narı simvolumuz kimi qəbul edəcəklər”.

Qaynar.info