Xəbər lenti

Zakir Həsənov hərbçiləri mükafatlandırdı (FOTOLAR)
Ölkə13:30 09.05.2018

Zakir Həsənov hərbçiləri mükafatlandırdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İzmir şəhərində keçirilən "Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyədə səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri Azərbaycan hərbçilərinin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.
Qeyd edək ki, aprelin 11-də başlayan "Efes-2018” təlimlərində Azərbaycan ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.