
Zakir Həsənov Müdafiə Nazirliyi Görədil Hərbi İstirahət evinin rəisi polkovnik-leytenant Etibar Qasımov və onun müavini mayor Mobil Yusifovu vəzifədən azad edərək, təqaüdə göndərib.
Bu haqda “Axar.az”ın özəl qaynaqlardan əldə etdiyi məlumatda bildirilir ki, Z.Həsənov Etibar Qasımovun yerinə Daxili Qoşunların ehtiyatda olan polkovnik-leytenantı Ayatxan Hüseynovu təyin edib.
Məlumatda bildirilir ki, Etibar Qasımovun vəzifədən azad edilməsinə səbəb kimi Hərbi İstirahət evində aparılan yoxlamalar nəticəsində aşkar edilən ciddi qanun pozuntuları göstərilib. Özəl qaynağımız onu da qeyd edir ki, Görədil Hərbi İstirahət Evində aparılan intensiv yoxlamalar və Ataxan Hüseynovun bir ay əvvəl Daxili Qoşunlardan təqaüdə göndərilməsi planlı şəkildə baş verib və bu, Etibar Qasımovun vəzifədən uzaqlaşdırlmasına hesablanıb.
O da bildirilir ki, vaxtilə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi vəzifəsində çalışan Etibar Qasımovun keçmiş nazir Səfər Əbiyevin kadrı hesab olunur.
Qaynar.info