Xəbər lenti

Zakir Həsənov komandanı yola salır? - YENİLƏNİB
Ölkə14:25 30.01.2014

Zakir Həsənov komandanı yola salır? - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri həyata keçirilib. 

Qaynar.info xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov facebook sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov tutduğu vəzifədən azad edilərək məzuniyyətə göndərilib. Onun vəzifələrini isə HDQ-nin qərargah rəisi 1-ci dərəcəli kapitan Yunus Məmmədov icra edir. Yaxın günlərdə komandan vəzifəsinə çoxlarını şoka salacaq bir şəxsin təyin ediləcəyi bildirilir. 

Müdafiə naziri Zakir Həsənov tərəfindən Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş polkovnik Mahmud Ağadadaşov tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb. Polkovnik M.Ağadadaşovdan əvvəl bu vəzifəni tutmuş polkovnik Vidadi Əsgərov isə HHQ və HHM qoşunlarının hərbi hissə komandiri vəzifəsindən Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusuna yeni təyinat almışdı. 

Bir müddət bundan əvvəl Zakir Həsənovun əmri ilə Hərbi Nəşriyyata rəis təyin edilmiş, sonradan əmri ləğv edilmiş polkovnik-leytenant Rəşad Abuzərov isə MN-nin Mərkəzi Zabitlər Evinin rəisi vəzifəsinə təyin edilib. 

Vəzifəsindən bu yaxınlarda çıxarılmış 3 general isə çox müəmmalı şəkildə Naxçıvana aşağı vəzifələrə təyinat alıblar.

Digər diqqətçəkən təyinatlar da var. Yəqin ki, onlar haqqında MN özü məlumat versə, yaxşı olar", - deyə hərbi ekspert bildirir.

***

Müdafiə Nazirliyinin mətbuat xidməti nazirlikdəki kadr dəyişikliklərinə münasibət bildirib. 

Qaynar.info-nun məlumatına görə, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, nazirlikdə şöbə rəisi vəzifəsində çalışan polkovnik Mahmud Ağadadaşov yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

 Mətbuat xidmətindən həmçinin Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov işdən çıxarılması barədə xəbərlər təkzib edilib.

Qaynar.info