Xəbər lenti

Zakir Həsənov şəhid əsgəri ölümündən sonra təltif etdi
Ölkə12:10 17.03.2014

Zakir Həsənov şəhid əsgəri ölümündən sonra təltif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərimizlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə, əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Qaynar.info