Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının bəyanatları ABŞ-da Ukraynaya dəstək barədə müzakirələri qızışdırır. Mayk Consonun başçılıq etdiyi Birləşmiş Ştatlar Konqresi ali baş komandanın səmimiyyətindən şoka düşüb.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər
verir.
Nəşrin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin rəhbəri ilə son müsahibə ABŞ-ın Kiyevə Rusiya təcavüzünə qarşı mübarizədə gələcək dəstək planlarına əhəmiyyətli təsir göstərib.
Zalujnının səmimiyyəti Konqresdəki respublikaçıları Kiyevi böyük miqdarda silahla təmin etmək məsələsinə yenidən baxmağa vadar edib.
Nəşr iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının şərhləri ABŞ-ın Kiyevə dəstəyini "lazım olduğu qədər” ruhunda yenidən nəzərdən keçirmək üçün əsasdır. Bu isə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizədəki vəzifəsini daha da çətinləşdirə bilər.
Kiyevə yardımın artırılmasına şübhə ilə yanaşan respublikaçı senator Coş Houli bildirib ki, Zalujninin səmimiyyəti "ABŞ administrasiyasının Ukrayna ilə bağlı siyasətində böyük boşluq yaradır”. Houlinin sözlərinə görə, onların mövqeyi ondan ibarətdir ki, ABŞ hərbi aspektdən əlavə, vəziyyətin dalana dirənməməsi üçün Ukraynaya maliyyə və bütün digər sahələrdə dəstəyini davam etdirməlidir.
"Bu, təbii olaraq sual doğurur: Bizim son məqsəd üçün strategiyamız nədən ibarətdir? Burada hansı plan var? Düşünmürəm ki, onların bir planı var".
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri olan demokrat senator Ben Kardin bildirib ki, Zalujninin qiymətləndirməsi "bizə deyilənlərlə üst-üstə düşür”.
"Böyük uğur qazanacaqlarına ümid var idi”, o, Ukraynanın Amerikanın dəstəyi ilə Rusiya işğalından azad etdiyi əraziləri saxlaya biləcəyinə ümid edib.
"Senat, çox güman ki, ABŞ prezidenti Co Baydenin 106 milyard dollarlıq tələbini təsdiqləyəcək”, məlumatda deyilir.
Bununla belə, Nümayəndələr Palatasının yeni sədri Mayk Conson daha skeptik həmkarlarını inandırmalıdır.
O, bu yaxınlarda Senat respublikaçılarına Ukraynaya daha çox silah verilməsinin tərəfdarı olduğunu deyib, lakin bildirib ki, o, qanunvericiləri bu tədarükləri İsrailə yardım paketindən ayrı olaraq təsdiq etməyə inandıra bilər.
"Zalujnının bəyanatı, görünür, ABŞ Konqresindəki müzakirələrə təsir etmək məqsədi daşıyır. General, Ukrayna prezidenti Volodimir Zelenski kimi, Rusiyanın müdafiəsini yarmaq üçün daha təkmil qırıcılara, pilotsuz uçuş aparatlarına, daha uzun mənzilli raketlərə və artilleriyaya ehtiyac olduğunu qeyd edib", - nəşr yekunlaşdırır.
Xatırladaq ki, iki gün öncə "The Economist” nəşri Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının məqaləsini dərc edib.
O, məqalədə qeyd edib ki, müharibə yeni mərhələyə - amansız döyüşlərlə səciyyələnən "mövqe tutmaq” mərhələsinə keçir. Onun sözlərinə görə, hərbi yardım kifayət qədər olmasa müharibə dalana dirənəcək.
Nizami Bağırov