Xəbər lenti

Zaporojye AES-dəki fəlakət Çernobıldan altı dəfə böyük ola bilər - Nazir
Dünya12:21 04.03.2022

Zaporojye AES-dəki fəlakət Çernobıldan altı dəfə böyük ola bilər - Nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ətraf Mühitin Mühafizəsi naziri vəzifəsini icra edən Ruslan Strelets bildirib ki, Zaporojye AES-in ərazisində indiyədək radiasiya fonunda heç bir artım yoxdur. Bununla belə, stansiyada baş verən fəlakət Çernobıldan altı dəfə böyük ola bilər.
Qaynarinfo xəbər verir ki, o bu barədə məlumat telemarafonunun efirində çatdırıb.
"Bu fəlakət Çernobıl AES-dəkindən 6 dəfə çox ola bilər. Çünki Zaporojye AES-də 6 enerji bloku var. Çernobıl AES ilə bağlı isə yalnız bir blokda partlayış baş vermişdi", - Strelets deyib. 
Onun sözlərinə görə, hazırda Zaporojye AES-in ərazisində radiasiya fonunda artım müşahidə olunmur, həmçinin neft bazalarında baş verən partlayışlar səbəbindən əhalinin sağlamlığı üçün heç bir risk yoxdur.
"Bu, yanğın baş verən belə obyektlərin yaxınlığında yaşayan və ya orada olan sakinlərə təsir edib. Ancaq xatırlatmaq istəyirəm ki, belə obyektlərin müəyyən təsir zonası var. Və belə obyektlərə yaxın olmayan digər insanlar da var ki, bu gün onlarla bağlı belə texnogen təsirlərə görə ictimai sağlamlıq üçün riskləri görmürəm”, - deyə nazir əvəzi bildirib.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 4-nə keçən gecə Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi ərazini atəşə tutub, nəticədə AES ərazisində yanğın baş verib. Saat 06:20-yə olan məlumata görə, xilasedicilər yanğını söndürüblər. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Ukrayna Dövlət Nüvə Tənzimləmə Qurumunun məlumatına görə, Zaporojye AES-in enerji blokları öz bütövlüyünü qoruyub saxlayır, hazırda radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb. Lakin stansiyanın ərazisi Rusiya Federasiyasının hərbi qüvvələri tərəfindən ələ keçirilib.
Alpər