Çərşənbə günü, martın 2-də səhər saatlarında bir qrup rus hərbçisi Enerqodar şəhərinə yaxınlaşaraq şəhərin nəzarət-buraxılış məntəqəsinə doğru yola düşdülər. Yerli sakinlər rus ordusunu içəri buraxmayıblar.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Zaporojye AES-in sözçüsü Andrey Tuz bildirib. O deyib ki, AES işçiləri hərbçilərin keçməsinə imkan verməmək üçün yola çıxıblar.
Saytdakı videoda yüzlərlə insanın keçid məntəqəsinə necə yaxınlaşdığını görmək olar.
Ruslarla aparılan danışıqlar nəticəsində yerli sakinlər kolonanı geri dönərək oradan çıxmağa məcbur edə biliblər.
Şəhərin meri Dmitri Orlovun sözlərinə görə, Rusiya hərbçiləri mer və yerli sakinlərlə danışıqlar aparıb. Şəhərin sərhədində daha bir görüş təxminən saat 15:00-a olacaq.
"Biz onlara [Rusiya hərbçilərinə] ZAES və şəhərin etibarlı mühafizə altında olduğu mövqeyini çatdırdıq. Sakinlər onları bir addım belə şəhərə buraxmayacaqlar. Onlar bizi eşitdilər və rəhbərliklərinə hesabat verməyə getdilər", - Orlov bildirib.
Bildiyiniz kimi, Enerqodarda Avropanın ən böyük elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası yerləşir.
Xatırladaq ki, martın 1-də Ukrayna Milli Qvardiyasının hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Enerqodar bölgəsində rus hərbçiləriylə döyüşləri davam etdirib. Ruslar 90-a yaxın hərbi texnikanı Dneprovka kəndi ərazisində cəmləyib.
Zaporojye vilayətinin cənubu ilə artıq dəmir yolu əlaqəsi yoxdur. Zaporojye Vilayət Dövlət Administrasiyasının məlumatına görə, Vasilyevkadakı körpü dağılıb.
Alpər
<iframe width="720" height="576" src="//1plus1.video/video/embed/4tOYNg3C" frameborder="0" allowfullscreen="" allow="autoplay; fullscreen">