
“Paytaxt Daşkənd daxil olmaqla ölkənin bütün şəhərlərində dövlət bayraqları endirilib. Paytaxta və İslam Kərimovun dəfn ediləcəyi Səmərqənd şəhərlərinə giriş-çıxış ciddi nəzarətə götürülüb. Hazırda bütün dövlət adamları Səmərqənddə, İslam Kərimovun anadan olduğu şəhərdədir. Onun ata evinə isə minlərlə səmərqəndli axın edir”.
Bu barədə lent.az-a Özbəkistandakı mənbə bildirib. Mənbənin dediyinə görə, hazırda Özbəkistanda qeyri-rəsmi fövqəladə vəziyyətdir. İslam Kərimov sabah Səmərqənddə dəfn olunacaq. O, Şahizində qəbirstanlığında, anası və iki qardaşıyla yanaşı dəfn ediləcək.
Qaynarinfo.Az