Xəbər lenti

Özbəklər azərbaycanlını oğurladı
Dünya14:45 24.04.2015

Özbəklər azərbaycanlını oğurladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sankt-Peterburqun Frunzen rayonunda “bukmeker” kontorunda münaqişə insan oğurluğu ilə nəticələnib. Qaynar.info oxu.az-a istinadən xəbər verir ki, aprelin 23-də saat 17:30 radələrində kontorun ziyarətçiləri arasında münaqişə yaranıb. 
10 özbək 18 yaşlı azərbaycanlını tutaraq, onu küçəyə çıxarıb və “Hyundai Solaris” maşınının yük yerinə basıblar. Bundan sonra maşın Slava prospektinə tərəf gedib. 
Oğurlanmış gənc müəyyən vaxtdan sonra heç bir xəsarət almadan dostlarının yanına qayıdıb. O bildirib ki, özbəklər və onun arasında “kişi söhbəti” olub və bundan sonra o, sağ-salamat maşını tərk edib.  
Gənc azərbaycanlı hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, onu maşının yük yerinə basmayıblar, o, arxa oturacaqda əyləşib. 
Oğlan insidenti həll edilmiş hesab etdiyini bildirib.
Qaynar.info