Xəbər lenti

Zəfər turu: Azərbaycan derbisini  "Qarabağ" qazandı
İdman20:43 09.11.2025

Zəfər turu: Azərbaycan derbisini "Qarabağ" qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XI turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisi keçirilib.
Qaynarinfo xəbər verir ki, "Zəfər turu"nun son oyununda Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurublar.
"Qarabağ" 23 xalla turnir cədvəlinə başçılıq edir. 15 xalı olan "Neftçi" yeddincidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Sabah" "Kəpəz"i (3:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.