Ukrayna prezidenti Vladimir Zelenski həmvətənlərinə müraciətində deyib ki, qarşıdan gələn 2023-cü il Rusiya ilə müharibədə həlledici il olmalıdır.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər
verir.
Dövlət başçısının saytında dərc olunan müraciətin mətninə əsasən, hazırda qışda döyüş meydanında yarana biləcək risklər məlumdur, yaz mövsümü üçün tədbirlər planları var.
Zelenski həmçinin qeyd edib ki, qarşıdan gələn ildə Ukrayna vətəndaşları "milli məqsədlər, yəni Ukraynanın bərpası, ukraynalıların evlərinə qayıtması, dövlətin əsas tərəfdaşlarla yaxınlaşması, dünyada Ukrayna üçün yeni imkanların açılması haqqında ümumi anlaşmanı qorumalıdırlar”.
Dekabrın əvvəlində Zelenski Ukraynadakı münaqişənin 2023-cü ildə bitəcəyini ehtimal etdiyini demişdi. Müdafiə naziri Sergey Şoyqu Rusiyanın 2023-cü il üçün planlarından danışarkən hərbi əməliyyatın "bütün tapşırıqlar yerinə yetirilənə qədər” davam edəcəyini bildirib.
Alpər