Xəbər lenti

Zelenski ABŞ-da ən reytinqli lider oldu - Putin cəmi 6 faiz səs yığdı (VİDEO)
Dünya09:57 31.03.2022

Zelenski ABŞ-da ən reytinqli lider oldu - Putin cəmi 6 faiz səs yığdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalıların 72 faizi Ukrayna prezidenti Vladimir Zelenskiyə etibar edir. 
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Pew Araşdırma Mərkəzinin (Pew Research Center) keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.
Ukrayna prezidenti hazırda dünya liderlərinin reytinqinə başçılıq edir. 
İkinci pillədə Fransa prezidenti Emmanuel Makron qərarlaşıb. Onun ABŞ vətəndaşları arasında reytinqi 55 faizdir. İlk "üçlüy"ü Almaniya kansleri Olaf Şolz qapayır. Sorğu iştirakçılarının 53 faizi ona etibar edir.
Amerikalıların yalnız 15 faizi Çin Xalq Respublikasının kommunist sədri Si Cinpinə güvənir. 
Vladimir Putin isə Ukraynanın işğalından sonra ən aşağı göstəricilərə sahibdir - cəmi 6 faiz. Respondentlərin 77 faizi Rusiya prezidentinin beynəlxalq siyasətinə ümumiyyətlə inanmır.
Amerika əhalisi arasında Co Baydenə münasibət fərqlidir: 48 faiz ona güvəndiyi halda 52 faiz etibar etmir. 
Sosioloqlar hesab edir ki, ABŞ rəhbərinin ölkə daxilində reytinqi prezidentlik müddəti başlayandan sonra aşağı düşüb. Ənənəvi olaraq, Demokratlar (75 faiz) Baydenin beynəlxalq siyasətini Respublikaçılardan (16 faiz) daha çox dəstəkləyir.
Aydın
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/vJ_Nv2TCTLc" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">