Cümə axşamı, oktyabrın 19-da prezident Vladimir Zelenski Ali Baş Komandanın Qərargahının tərkibində dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, bu barədə prezidentin saytında dərc olunmuş
sərəncamda deyilir.
Ali Baş Komandan Qərargahının şəxsi heyətinə Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı olan Anatoli Vladislavoviç Bargileviç də daxil olacaq.
Eyni zamanda, Sergey Kruk (Dövlət Fövqəladə Hallar Xidmətinin keçmiş rəhbəri) və İqor Tantsyura (TRO Qüvvələrinin keçmiş komandanı) Baş Qərargahdan uzaqlaşdırılıb.
Anatoli Vladislavoviç Bargileviç 2023-cü il oktyabrın 9-da Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib. O, bu postda İqor Tantsyuranı əvəzləyib.
Bargileviç özü ərazi müdafiə idarəsinin yaradılmasının təşəbbüskarıdır. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının əməliyyat şöbəsinə rəhbərlik edib və Quru Qoşunları Komandanlığının ərazi müdafiəsi komandiri vəzifəsində çalışıb.
Alpər