Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin əslən azərbaycanlı hərbçisini təltif edib.
Qaynarinfo xəbər verir ki, o, bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov "Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.
Ruslan Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.
Qeyd edək ki, əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.