Ukrayna prezidenti Volodimir Zelenski Yeni il müraciətində ukraynalılara seçim imkanı verib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Ukraynanın hər bir vətəndaşı seçim etməlidir: Qaçqın olmaq və ya ölkə qarşısında borcunu yerinə yetirmək.
"Bilirəm ki, bir gün özümə sual verməli olacam: mən kiməm? Mən kim olmaq istəyirəm? Qurban və ya qalib? Qaçqın, yoxsa vətəndaş?", deyə Zelenski çıxışı zamanı qeyd edib.
Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Ukrayna ərazisində hərbi vəziyyət rejimi tətbiq edilir. Dekabrın 26-da Ukrayna Ali Radasının saytında səfərbərlik haqqında qanun layihəsi dərc olunub.
Aydın