Xəbər lenti

Zelenski bir gündə 40 min insanın təxliyə edildiyini açıqladı
Dünya05:07 11.03.2022

Zelenski bir gündə 40 min insanın təxliyə edildiyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın bir sıra şəhərlərindən 40 minə yaxın insan təxliyə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram” kanalında bildirib.
"Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri Sumı, Trostyanets, Krasnopolye, İrpin, Buça, Qostomel, İzyum şəhərlərində humanitar dəhlizlərin təşkili idi. Artıq bu gün 40 minə yaxın insanımız təxliyə olunub və onlara Poltavada təhlükəsiz şəarit yaradılıb”, - deyə Zelenski videomüraciətində bildirib.