Xəbər lenti

Zelenski Blinkenlə eyni vaxtda İsrailə səfər etmək istədi, Qüds “indi vaxtı deyil” dedi
Dünya15:08 16.10.2023

Zelenski Blinkenlə eyni vaxtda İsrailə səfər etmək istədi, Qüds “indi vaxtı deyil” dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski keçən həftə ABŞ dövlət katibi Entoni Blinkenlə eyni vaxtda İsrailə səfər etmək istəyib. 
Qaynarinfo "Ynet" nəşrinə istinadən xəbər verir ki, Yerusəlim bu təklifdən imtina edib.
İsrail Kiyevə açıq şəkildə bildirib ki, Zelenskinin ölkəyə səfərinin "indi vaxtı deyil”. Nəşr yazır ki, eyni zamanda dövlət başçısı Avropaya növbəti səfəri zamanı İsrailə də səfər edə bilər.
Qeyd edək ki, oktyabrın 16-da Blinken baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparmaq üçün son həftədə ikinci dəfə Tel-Əvivə gəlib. CNN-in məlumatına görə, səfərin səbəbləri arasında Qəzza zolağından amerikalıların təxliyyəsi ola bilər.
Blinken 12 oktyabrda HƏMAS-ın işğalından sonra ilk dəfə İsrailə səfər edib. O, Rəfah keçid məntəqəsinin açılacağını bildirib, lakin Netanyahunun ofisi bunu təsdiqləməyib.
Oktyabrın 11-də "Ynet" yazıb ki, Zelenski həmrəylik səfəri ilə İsrailə səfər etmək imkanını araşdırmağı xahiş edib. İki ölkənin müvafiq xidmətləri arasında ilk təmaslar başlayıb.
Oktyabrın 7-də HƏMAS-ın terror hücumundan sonra Zelenski İsraillə həmrəy olduğunu bildirib və vurğulayıb ki, dünyanın heç bir yerində terrora şans verilməməlidir. Ukrayna prezidenti həmçinin bildirib ki, HƏMAS Ukraynada işğalçı Rusiya kimi hərəkət edir.
Nizami Bağırov