Xəbər lenti

Zelenski Blinkenlə görüşdü
Dünya17:41 08.09.2022

Zelenski Blinkenlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 8-də Kiyevə səfəri zamanı ölkə prezidenti Volodimir Zelenski ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, o, Rusiya təcavüzünə qarşı mübarizədə ABŞ-ın dəstəyini bir daha təsdiqləmək və yeni hərbi yardımı elan etmək üçün müharibə başlayandan bəri ikinci dəfə Ukraynaya gəlib.
Zelenski ilə görüşdə Blinken Ukrayna prezidentinə ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının son tranşı barədə məlumat verib.
Dövlət başçısı vurğulayıb ki, bu yardımlar Rusiya təcavüzünə qarşı mübarizə üçün zəruridir.
Qeyd edək ki, ABŞ dövlət katibi Kiyevə planlaşdırılmadan səfər edib.