Xəbər lenti

Zelenski: "Bütün korrupsioner məmurlar Ukraynanı tərk ediblər"
Dünya12:21 17.11.2022

Zelenski: "Bütün korrupsioner məmurlar Ukraynanı tərk ediblər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda ölkədə korrupsiya problemi yoxdur. 
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, o, bunu Bloomberg 2022 Yeni İqtisadiyyat Forumunda deyib.
"Bizdə korrupsiya yoxdur, çünki bir çox korrupsionerlər bütün pulları ilə ölkəni tərk ediblər. Düşünürəm ki, onlar elə indi olduqları yerdə qalsalar, daha yaxşıdır”, - Zelenski bildirib.
Ötən il Transparency International beynəlxalq təşkilatının məlumatına görə, Ukrayna Korrupsiya Qavrama İndeksində sorğu edilən 180 ölkə arasında 122-ci yerdə qərarlaşıb.
Korrupsiyaya qarşı mübarizə məqsədilə ölkədə Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu, Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəmə kimi ixtisaslaşmış strukturlar şəbəkəsi yaradılıb.
Alpər