Kəşfiyyata məlumat daxil olub ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasında terror aktı ssenarisini nəzərdən keçirir .
Qaynarinfo xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski videomüraciətində https://t.me/V_Zelenskiy_official/6669 bildirib . "Zaporojye AES-ə gəlincə, unudanlara xatırladıram: bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. Dünyada hamı - MAQATE, bütün ölkələr, bütün liderlər orada nə baş verdiyini dəqiq bilirlər", - o deyib.
"Rusiya Zaporojye AES-dən öz təcavüzündə element kimi istifadə edir. Onlar stansiyanı işğal edir. AES-ə görə qonşu şəhərləri atəşə tuta bilmirik. Orada silah-sursat və hərbi personal saxlayır. İndi kəşfiyyatımıza məlumat daxil olub ki, Rusiya aqressiya senarisini nəzərdən keçirir. Zaporojye AES-də terror aktı. Radiasiya buraxan terror aktı. Bunun üçün hər cür hazırlıq görüblər”.
Zelenski vurğulayıb ki, radiasiyanın heç bir dövlət sərhədi tanımadığını ona dəfələrlə xatırlatmaq lazımdır. "Və o radiasiyanın kimi vuruacağı ancaq küləyin istiqaməti ilə müəyyən edilir. Biz bütün mövcud məlumatları dünyada olan hər bir tərəfdaşımıza ötürürük. Bütün sübutları. Avropa, Amerika, Çin, Braziliya, Hindistan, Ərəb dünyası, Afrika - bütün ölkələr, mütləq hər kəs bunu bilməlidir. Beynəlxalq təşkilatlar. Hamı, hamı bilməlidir. Heç vaxt, heç bir yerdə AES-ə terror hücumu olmamalıdır. Bu dəfə Kaxovkadakı kimi olmamalıdır: dünyaya xəbərdarlıq edilib, ona görə də dünya hərəkət edə bilər və etməlidir”, - prezident bildirib.
Alpər