"Zelenski çalışacaq ki, Ankara onun Moskva ilə dialoqunda yardımçı olsun. Çünki başa düşür ki, 16 aydın davam edən müharibəni ancaq Türkiyə dayandıra bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politooq Cümşüd Nuriyev Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərini şərh edərkən deyib:
"Zelenskinin Türkiyəyə səfəri gözlənilən idi. Ankara Rusiya ilə Ukrayna arasında münasibətlərin qurulmasında yaxından iştirak edir. Ukrayna taxılının satılmasına hər cür yardımı edib. Krımın işğalına qaşı çıxıb. Zelenski Ərdoğanın peşəkar siyasətçi olduğunu da bilir. Hazırda Ərdoğan dünyada önəmli yerlərdən birini tutur. Ukrayna prezidenti bu fonda çalışacaq ki, ondan yararlansın. Ukrayna müvəqqəti qələbələrə nail olsa da, bir dövlət kimi dağılmaq ərəfəsindədir. Ona görə də Zelenski çalışacaq ki, Ankara Moskva ilə dialoqda yardımçı olsun. Ona görə də Zelenski qardaş ölkəyə səfər edib. Masaya yatırılacaq məsələlər içərisində müharibə, Ukraynanın blokadadan çıxarılması, onun NATO-ya üzvlük məsələləri olacaq”.
Qeyd edək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Rüfət Sultan