Xəbər lenti

Zelenski etiraza qalxan ruslara səsləndi: “Bu, 41-ci ili xatırladır”
Dünya08:02 25.02.2022

Zelenski etiraza qalxan ruslara səsləndi: “Bu, 41-ci ili xatırladır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 25-də səhər prezident Vladimir Zelenski ukraynalılara və ruslara müraciət edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısının videomüraciəti özünün Telegram kanalında yer alıb.
Zelenski bir gün əvvəl Rusiya şəhərlərində hakimiyyətin hərəkətlərinə etiraz etmək üçün küçələrə çıxan Rusiya vətəndaşlarına təşəkkür edib.
"Etiraz etməyə çıxan Rusiya Federasiyası vətəndaşları, biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz. Bu o deməkdir ki, siz bizə inanırsınız. Bizim üçün mübarizə aparın. Müharibəyə qarşı vuruşun", - Zelenski çağırış edib.
Prezident vurğulayıb ki, Rusiya qoşunları artıq gecə saatlarında yaşayış məntəqələrini bombalamağa başlayıblar. Onun sözlərinə görə, bütün bunlar 1941-ci ili xatırladır: "Düşmən təyyarələri yaşayış massivləri, xüsusən də paytaxtın üzərində yaramaz hərəkətlər edir. Səhər Kiyev səmasında dəhşətli partlayışlar. Bombardmanlar. Yaşayış binalarının üstünə düşən bombalar. Yanğın".
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, dünən Rusiya Federasiyasının böyük şəhərlərində Rusiya və Ukrayna arasında müharibəyə etiraz olaraq aksiyalar keçirilib. 1000-dən çox etirazçı saxlanılıb.
Alpər