Prezident Vladimir Zelenski Ukraynada 1939-1945-ci illər İkinci Dünya Müharibəsində 8 Mayın Anım və Faşizm üzərində Qələbə Günü kimi təsis edilməsini və 9 Mayın Qələbə Günü deyil, Avropa Gününün qeyd edilməsini təklif edib - o, mayın 8-də qanun layihəsini Ali Radaya göndərib və Avropa Günü haqqında fərman imzalayıb.
Qaynarinfo "Pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin 1939-1945-ci illər İkinci Dünya Müharibəsində Anım və Faşizm üzərində Qələbə Günü münasibətilə xalqa müraciətində
deyilir.
"Mayın 8-də Ukrayna və azad dünya bəşər tarixində 6 dəhşətli ili xatırlayır. 1939-cu ildən 1945-ci ilə qədər... Milyonlarla insanın, o cümlədən 8 milyon ukraynalının həyatına son qoyan illər. İşğal illəri və vəhşiliklər, qanlı döyüşlər, bombardmanlar, blokadalar və kütləvi edamlar, Holokost, nasizmin dünyaya gətirdiyi bütün bəlaları torpağımıza gətirdi.
Müxtəlif xalqlar birlik, ittifaqda anti-Hitler koalisiyasının tərkibində şərə qarşı çıxdılar. Avropa və Amerika xalqları... Asiya, Avstraliya, Afrika - hər birinin həmin müharibədə öz savaş tarixi var, lakin ümumi qələbə tarixi də var”, - şıxışda deyilir.
Zelenski qeyd edib ki, məhz mayın 8-də nasizm üzərində qələbənin böyüklüyü dünya xalqlarının əksəriyyətinin yaddaşında qalıb. 1945-ci il mayın 8-də Wehrmacht-ın qeyd-şərtsiz təslim olması aktı qüvvəyə minir. Mayın 8-də dünya bu müharibədə həyatını itirənlərin xatirəsini ehtiramla yad edir:
"Bu, ideoloji çirkləri olmayan saf tarixdir. Bu, xalqımızın, müttəfiqlərimizin, bütün azad dünyanın tarixidir. Bu gün biz onu dövlətimizə qaytarırıq.
Bu gün mən Ukrayna Ali Radasına 8 Mayın Anım və 1939-1945-ci illər İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə Günü kimi təsis edilməsini təklif edən qanun layihəsi təqdim edirəm”.
Zelenski deyib ki, ukraynalılar öz xalqlarının nasizm üzərində qələbəyə verdiyi töhfəni heç vaxt unutmayacaqlar və heç kimə imkan verməyəcəklər ki, "bu qələbədə ukraynalıların, xalqımızın, demək olar ki, hər bir ailəmizdə xatirəsini əziz tutduğumuz nəslin rolunu silsin.
"Biz anti-Hitler koalisiyasına daxil olan xalqların ümumi qələbəsini kiminsə özünküləşdirməyinə və qələbənin hansısa ölkənin və ya insanların iştirakı olmadan baş verə biləcəyi barədə yalan danışmağa imkan verməyəcəyik.
Biz şəri birlikdə məhv etdik, necə ki, indi oxşar bəlaya qarşı birlikdə müqavimət göstəririk. Nasizmə qarşı müharibədə milyonlarla ukraynalının qəhrəmanlığını xatırlayaraq, eyni qəhrəmanlığı indi bizim əsgərlərimizin - qələbə qazananların övladlarının hərəkətlərində görürük – faşizmin kapitulyasiyası bu gündür, 1945-ci il mayın 8-də. Biz isə Ukrayna xalqının qəhrəmanlığı ilə fəxr edirik! O vaxt da, indi də”, - deyə Zelenski vurğulayıb.
"İndi, 80 il əvvəl olduğu kimi, Ukrayna total şərlə mübarizə aparır. İndi, 80 il əvvəl olduğu kimi, Ukrayna gələcək üçün - həm özünün, həm də bütün Avropanın, bütün azad dünya üçün mübarizə aparır. İndi, 80 ildir ki, əvvəl biz azad xalqların ümumi gücünə arxalanırıq və bilirik ki, onlarla birlikdə biz həmişə şərə boyun əyməyən azad Avropanın bir hissəsi olacağıq.
Mayın 9-da bütün azad Avropa ilə birlikdə Ukraynada Avropa Gününü qeyd edəcəyik. Bünövrəsində sülhə əsaslanan vahid Avropa. Ukraynanın həmişə bir parçası olduğu Avropamız var və olacaq.
Bu gün mən müvafiq fərman imzaladım və hər il sabahdan, mayın 9-dan biz öz tarixi birliyimizi - nasizmi məhv edən və raşizmə qalib gələcək bütün avropalıların birliyinə hörmətlə yanaşacağıq”.
Qeyd edək ki, 2015-ci ilin martında prezident Pyotr Poroşenko Ukraynada 8 may tarixini Anım və Barışıq Günü kimi qeyd etsə də, 9 May İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə günü olaraq qalmışdı. Mayın 8-i iş günü olsa da, 9 May bayram günü kimi qyed edilirdi.
Poroşenko daha sonra bunu Ukraynanı birləşdirmək istəyi ilə izah edib və deyib: "Qonşu ölkə prezidentinin təxribatçı sualına verdiyi cavabı eşitdik, ona görə, qələbə ukraynalılar olmadan da ola bilərdi. Bu cavab ümumi antifaşist hərəkatında parçalanmadır, nəinki Ukraynanı, bütün Avropanı xilas edən ukraynalıların xatirəsinə istehzadır”.
2023-cü il mayın 2-də Rusiyanın Ukraynaya qarşı 9 illik hibrid müharibəsindən və bir ildən çox genişmiqyaslı müharibədən sonra Ali Rada qanunvericilik səviyyəsində Rusiyadakı siyasi rejimi "raşizm” kimi tanıyıb və onu pisləyib.
Mayın 9-da Rusiya "Böyük Vətən Müharibəsində” Qələbə Gününü qeyd edir.
Alpər